Ukraynanın Lvov şəhərinə raket hücumu zamanı azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Lvov vilayətinin hərbi administrasiya rəhbəri Maksim Kozitski bildirib.
O, raketin Xotkeviç küçəsindəki yaşayış binasına düşdüyünü deyib.
Xatırladaq ki, bu gün Ukrayna şəhərləri kütləvi dron və raket hücumuna məruz qalıb.