Macarıstanın Meteorologiya Xidmətinin iki yüksək vəzifəli rəsmisi - Xidmətin rəhbəri və onun müavini, qeyri-dəqiq hava proqnozuna görə işdən çıxarılıb.
APA AP-ya istinadən xəbər verir ki, Meteorologiya Xidmətinin verdiyi qeyri-dəqiq proqnoz ölkənin ən mühüm milli bayramında atəşfəşanlığın təxirə salınmasına səbəb olub.
Ötən şənbə gününə planlaşıdırılan Budapeştdə Dunay çayı boyunca hər il keçirilən Müqəddəs Stefan Günü atəşfəşanlığı şousu - Avropanın ən böyük nümayişi kimi təqdim olunur - ekstremal hava şəraiti ilə bağlı proqnozlara əsasən təxirə salınıb, lakin həmin gün paytaxtda fırtına baş verməyib. Lakin adətən bir milyondan çox tamaşaçı cəlb edən şou təhlükəsizlik baxımından artıq növbəti həftəyə təyin edilib.
Onların işdən azad olunması Texnologiya və Sənaye naziri Laszlo Palkovics tərəfindən açıqlanıb. Nazir onların işdən çıxarılma səbəblərini açıqlamasa da, Meteorologiya Xidməti hökumətə bağlı medianın sərt tənqidlərə məruz qalmış və Xidmətin "ciddi səhv" proqnozunun atəşfəşanlığın lüzumsuz təxirə salınmasına səbəb olduğu iddia olunmuşdu.
Qeyd edək ki, postundan azad olunan Meteorologiya Xidmətinin rəhbəri Kornelia Radics 2013-cü ildən, onun müavini Gyula Horvath isə 2016-cı ildən vəzifədə çalışıb.