Macarıstan NATO-dakı üzvlük statusunu yenidən müəyyənləşdirməyə çalışır

Macarıstan Baş naziri Viktor Orban

© APA | Macarıstan Baş naziri Viktor Orban

# 24 may 2024 12:35 (UTC +04:00)

Macarıstan hərbi alyansın Ukraynaya dərinləşən dəstəyindən potensial olaraq imtina etmək üçün ölkənin NATO-ya üzvlük statusunu “yenidən müəyyən etməyə” çalışır.

APA xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bu barədə "Kossuth" Radiosunun "Sabahın xeyir, Macarıstan" proqramına deyib.

Onun sözlərinə görə, Macarıstan hərbi rəsmiləri və hüquqşünasları artıq ölkəni Şimali Atlantika Müqaviləsi Təşkilatının digər üzvlərindən fərqləndirəcək yeni konsepsiya üzərində çalışır.

"Hüquqşünaslarımız və zabitlərimiz Macarıstanın NATO-ya üzvlüyünü NATO ərazisindən kənarda NATO fəaliyyətlərində iştirak etmək məcburiyyətində qalmayacaq şəkildə necə qoruya biləcəyini müəyyənləşdirmək üçün çox çalışırlar", - Orban deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR