Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasını təxirə sala bilər.
APA xəbər verir ki, bu barədə Macarıstan parlamentinin spikeri Laslo Kever bildirib.
Parlament sədri bu fikri, İsveç mediası Budapeştin siyasətini tənqid edən videoçarxın məktəblər nümayiş etdirilməsindən sonra deyib.
Videonun müəllifləri qeyd ediblər ki, 2010-cu ildən Keverin üzvü olduğu Fides – Macar Vətəndaş İttifaqı Partiyası ölkədə hakimiyyətə gəldikdən sonra demokratiya tədricən yoxa çıxmağa başlayıb.
Kever də öz növbəsində bildirib ki, videoda səsləndirilən iddialarla həmfikir olan İsveç kimi müttəfiqə Macarıstanın ehtiyacı yoxdur.
Xatırladaq ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto isveçli həmkarına məktub göndərərək, bəzi isveçli siyasətçilərin Macarıstan hökumətinə qarşı qərəzli və ədalətsiz ittihamlarından narahatlığını ifadə edib.