Paşha Bank
Bank Of Baku

Macarıstanın Baş naziri: Aİ-nin yeni büdcəsi ilə bağlı danışıqlar mənasızdır

Macarıstanın Baş naziri Peter Magyar

© APA | Macarıstanın Baş naziri Peter Magyar

# 24 noyabr 2026 03:33 (UTC +04:00)

Avropa İttifaqının 2028–2034-cü illər üçün nəzərdə tutulan yeddiillik büdcə layihəsinin noyabrın 26–27-də Brüsseldə keçiriləcək sammitdə müzakirəsi nəticəsiz qala bilər.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Magyar Bratislavada Vişeqrad qrupu ölkələri və Avstriya liderlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Aİ ölkələri arasında büdcə məsələsində ciddi fikir ayrılıqları qalmaqdadır.

“Avropa Şurasının Prezidenti Antoniu Koştanın şənbə günü bizə göndərdiyi təklif danışıqlar üçün əsas kimi tamamilə yararsızdır”, – deyə Magyar bildirib.

Baş nazir qeyd edib ki, tərəflərin mövqeləri yaxınlaşmadan danışıqlar masasına əyləşmək mənasızdır.

“Bütün məsələlər üzrə tamamilə əks mövqelərdə qalmaq üçün Brüsseldə iki gün vaxt itirməyə dəyməz”, – deyə o vurğulayıb.

Magyar həmçinin Aİ rəhbərliyinin Macarıstana ümumi büdcədən ayrılan vəsaiti azaltmaq və ölkənin üzvlük ödənişlərini artırmaq niyyətinə qarşı olduğunu xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR