Bank Of Baku

Mahmud Abbas yaxın zamanda Türkiyəyə səfər edə bilər

Fələstin Dövlətinin başçısı Mahmud Abbas

© APA | Fələstin Dövlətinin başçısı Mahmud Abbas

# 29 iyul 2024 19:23 (UTC +04:00)

Fələstin Dövlətinin başçısı Mahmud Abbas yaxın zamanda Türkiyəyə səfər edə bilər.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik bildirib.

O qeyd edib ki, bu səfərin ötən günlərdə baş tutması nəzərdən keçirilirdi, lakin M.Abbasın səhhətində problemlərin yaranması səbəbiylə təxirə salınıb.

Ö.Çelik səfərin ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacağını vurğulayaraq, M.Abbasın İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresində çıxışına cavab olaraq Türkiyə Böyük Millət Məclisində nitq ilə çıxış edəcəyinin gözlənildiyini də əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR