Bank Of Baku

Kukla Teatrının direktoru əməkdaşı xüsusi ittiham qaydasında məhkəməyə verib

Kukla Teatrının direktoru əməkdaşı xüsusi ittiham qaydasında məhkəməyə verib
# 27 oktyabr 2026 16:28 (UTC +04:00)

Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə teatrın əməkdaşı Aynurə Əkbərova barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.

APA xəbər verir ki, şikayət Abşeron rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsi barədə qərar verib. Qərara əsasən, Aynurə Əkbərova təqsirləndirilən şəxs qismində cəlb olunub.

İttihama əsasən, teatrın menecer və layihə rəhbəri vəzifəsində əçalışan Aynurə Əkbərova direktor Rəşad Əhmədzadə barəsində kütləvi informasiya vasitələrində böhtan xarakterli məlumatlar yayıb. O, Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR