Bank Of Baku

Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib

Fransa Prezidenti Emmanuel Makron

© APA | Fransa Prezidenti Emmanuel Makron

# 08 sentyabr 2026 02:29 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə Avropa İttifaqı səviyyəsində qadağa qoyulmasını təklif edib.

AFP xəbər verir ki, Makron bu təklifi Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə ünvanladığı məktubda irəli sürüb.

"Daha irəli getmək və yeni Avropa qanunvericilik aktı vasitəsilə 15 yaşdan aşağı şəxslərin sosial media platformalarına girişinə qoyulan qadağanı vahid qaydada tətbiq etmək lazımdır", – Fransa Prezidenti məktubunda bildirib.

Makronun sözlərinə görə, məhdudiyyətlər daha dəqiq müəyyən edilməli və hüquqi baxımdan tənzimlənməlidir. Bu, qaydaların milli konstitusiya məhkəmələrinin tələblərinə uyğunluğunu təmin etmək üçün vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR