Bank Of Baku

Yağış səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Yağış səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
# 07 sentyabr 2026 23:43 (UTC +04:00)

Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi müvəqqəti olaraq azaldılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yolda bütün hərəkət zolaqları üzrə müəyyən edilmiş sürət həddi 20 km/saat endirilib.

Bununla əlaqədar Mərkəzin əməkdaşları tərəfindən elektron məlumat tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib.

Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən edilmiş sürət həddinə əməl etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR