Fransa və ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və enerji bazarlarında gərginliyin azaldılması üçün səylərini əlaqələndirəcəklər.
"Reuters" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla görüşündən sonra bildirib.
“Enerji bazarlarında gərginliyi azaltmaq, Yaxın Şərqdə kritik infrastrukturu və Hörmüz boğazında gəmiçilik azadlığını qorumaq üçün birlikdə hərəkət etmək qərarına gəldik”, – Makron bildirib.
Hörmüz boğazında gəmi hərəkəti son həftələrdə kəskin azalıb. Reuters-in məlumatına görə, ötən həftəsonu boğazdan görünən rejimdə cəmi 17 yük gəmisi keçib.
Makron həmçinin tərəflərin Ukrayna və Rusiyanın enerji obyektlərinə zərbələrinə moratorium tətbiq edilməsi imkanını müzakirə etdiklərini açıqlayıb.