Bank Of Baku

Makron və Zelenski Rusiyaya qarşı yeni sanksiyalara çağırıblar

Makron və Zelenski Rusiyaya qarşı yeni sanksiyalara çağırıblar
# 15 may 2023 04:51 (UTC +04:00)

Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenski Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa və tətbiq edilən məhdudiyyətlərin həyata keçirilməsinə nəzarəti gücləndirməyə çağırıblar.

APA-nın xəbərinə görə, bu barədə Parisdə Yelisey Sarayında keçirilən görüşün yekunlarına dair yaydıqları birgə bəyanatda deyilir.

“Ukrayna və Fransa yeni sanksiyalar vasitəsilə Rusiyaya kollektiv təzyiqin artırılmasının zəruriliyi ilə razılaşırlar”, - kommünikedə deyilir.

Bundan əlavə, onlar sanksiyaların effektiv icrasını təmin etmək, habelə üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınmağın qarşısını almaq və dayandırmaq üçün səylərin gücləndirilməsinin zəruriliyi ilə razılaşıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR