Makron Yeni Kaledoniyada etirazlara səbəb olan seçki islahatını dayandırıb

Makron Yeni Kaledoniyada etirazlara səbəb olan seçki islahatını dayandırıb
# 12 iyun 2024 15:25 (UTC +04:00)

Yeni Kaledoniyada ciddi etirazlara səbəb olan və həmin ərazidə 10 ildən artıq daimi yaşayan şəxslərə seçki hüququnun verilməsi barədə islahatı dayandırılıb.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron qərar verib.

Fransa liderinin mətbuat xidmətindən bildirilib ki, ərazinin rəhbərliyi qərarla bağlı məlumatlandırılıb.

Qeyd edək ki, Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada yerli Kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verib, habelə on nəfərdən artıq dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və həbs edilib. Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarması tərəfindən törədilən vəhşilikləri dünya ictimaiyyətindən gizlətməq məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR