Almaniya kansleri Fridrix Merz İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, tərəflər əsasən Livandakı vəziyyəti və Fələstin ərazilərindəki durumu müzakirə ediblər.
Merz Netanyahuya İordan çayının qərb sahilinin faktiki qismən ilhaqına gətirib çıxara biləcək addımların yolverilməz olduğunu bildirib.
Kansler həmçinin ABŞ və İran arasında çərçivə sazişinin regionda vəziyyətin sabitləşdirilməsi üçün ən yaxşı imkan olduğunu vurğulayıb.