Moldovanın yeni baş naziri Dorin Reçan Dnestryanı ərazinin demilitarizasiyasının zəruriliyini bəyan edib.
APA-nın məlumatına görə, o, tv8.md-yə müsahibəsində hərbi və ya hibrid əməliyyatların eskalasiyasının real təhlükəsinin mövcudluğunu nəzərdən qaçırmamağa çağırıb.
Baş nazirin sözlərinə görə, Dnestr çayının sol sahili “rus qoşunlarının çıxarılması və demilitarizasiya yolu ilə” demilitarizasiya edilməlidir. Bundan sonra vətəndaşların iqtisadi və sosial inteqrasiyası zəruridir.