Bank Of Baku

Moldovanın sabiq Prezidenti Dodonun ölkədən çıxışına qoyulan qadağa ləğv edilib

Moldovanın sabiq Prezidenti Dodonun ölkədən çıxışına qoyulan qadağa ləğv edilib
# 14 sentyabr 2023 17:15 (UTC +04:00)

Moldova məhkəməsi sabiq Prezident İqor Dodonun ölkədən çıxışına qoyulan qadağanı aradan qaldırıb.

APA xəbər verir ki, bu barədə İqor Dodon TASS-ın müxbirinə bildirib.

Onun sözlərinə görə, siyasətçi ölkəni tərk etmək niyyətində deyil və prokurorluğun ittihamlarının sübuta yetirilmədiyini hesab edir.

Dodon qeyd edib ki, 180 gün ev dustaqlığı və 300 günlük ölkədən çıxış qadağasından sonra prokurorlar hakimlərdən onun ölkədən çıxış qadağasının yenidən uzadılmasını istəyib, lakin Moldova Ali məhkəməsi bu müraciəti rədd edib.

Sabiq Prezident onu da əlavə edib ki, rəhbərlik etdiyi müxalif Kommunist Partiyasını payızda keçiriləcək yerli hakimiyyət orqanlarına seçkilərə hazırlamağa davam edəcək.

Xatırladaq ki, İqor Dodon ötən il mayın sonunda saxlanılıb, ona qarşı dövlətə xəyanət, qanunsuz varlanma, korrupsiya, partiyanın maliyyələşdirmə qaydalarını pozma və övladlarından birinə tibbi arayışın düzgün təqdim edilməməsi ittihamları irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR