Bank Of Baku

Monteneqro sərhədlərinə “Frontex” əməkdaşları yerləşdiriləcək

Monteneqro sərhədlərinə “Frontex” əməkdaşları yerləşdiriləcək
# 15 may 2023 05:38 (UTC +04:00)

Avropa sərhədlərinin mühafizəsi agentliyinin (“Frontex”) əməkdaşları Monteneqronun bütün sərhədlərində xidmət aparacaq.

APA xəbər verir ki, Monteneqro və Avropa İttifaqının müvafiq işçi qrupları bununla bağlı razılığa gəliblər. Belə ki, “Frontex” əməkdaşları Monteneqronun əsgər və polisləri ilə birlikdə sərhəddə fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Frontex” fevral ayından etibarən Balkan regionu ölkələrində fəaliyyətini genişləndirmək üçün danışıqlar aparır. Monteneqronun daxili işlər naziri Filip Adziç “Frontex” yalnız Xorvatiya ilə sərhəddə deyil, bütün qonşu ölkələrlə sərhəddə yerləşdiriləcəyini açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR