Bank Of Baku

NATO Baş katibi ABŞ-a səfər edəcək

NATO-nun Baş katibi Mark Rutte

© APA | NATO-nun Baş katibi Mark Rutte

# 24 sentyabr 2025 16:43 (UTC +04:00)

NATO-nun Baş katibi Mark Rütte BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.

APA xəbər verir ki, “Avropa Həqiqəti” bu barədə NATO-nun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Rütte 24-25 sentyabr tarixləri aralığında BMT-nin Baş Assambleyasının 80-ci sessiyası zamanı bir sıra dünya liderləri və yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək.

Bundan əlavə, NATO-nun Baş katibi sentyabrın 24-də ABŞ dövlət katibi Mark Rubio tərəfindən təşkil olunan naharda iştirak edəcək. Növbəti gün isə “West Point” ABŞ Hərbi Akademiyasının kursantları qarşısında çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR