Bank Of Baku

Qaqauziyada seçkilərdə məğlub olan namizəd ikinci turda Fyodor Qaqauzu dəstəkləyəcək

Qaqauziyada seçkilərdə məğlub olan namizəd ikinci turda Fyodor Qaqauzu dəstəkləyəcək
# 22 noyabr 2026 16:37 (UTC +04:00)

Moldovanın Qaqauziya muxtar bölgəsinin rəhbəri vəzifəsinə keçirilən seçkilərin birinci turunda dördüncü yeri tutan İvanna Keksal ikinci turda Sosialistlər Partiyasının namizədi Fyodor Qaqauzu dəstəkləyəcəyini açıqlayıb.

APA xəbər verir ki, Keksal bu barədə sosial şəbəkədə yayımladığı videomüraciətdə bildirib.

O, qərarını Fyodor Qaqauzla Moldova parlamentində birgə çalışması və əvvəlki əməkdaşlıq təcrübəsi ilə əsaslandırıb.

Fyodor Qaqauz

Keksal xatırladıb ki, özü də iki dəfə Sosialistlər Partiyasının siyahısı üzrə Moldova parlamentinə deputat seçilib.

Qeyd edək ki, noyabrın 15-də keçirilən seçkilərin birinci turunda sabiq baş prokuror Aleksandr Stoyanoqlo 38,44 faiz, Fyodor Qaqauz isə 24,22 faiz səs toplayıb. İvanna Keksal 11,05 faiz səslə dördüncü yeri tutub.

Heç bir namizəd səslərin yarıdan çoxunu qazana bilmədiyindən noyabrın 29-da ikinci tur keçiriləcək. İkinci turda Stoyanoqlo və Qaqauz mübarizə aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR