Bank Of Baku

NATO Baş katibi Türkiyəni İsveç və Finlandiyanın alyansa üzvlüyünü təsdiqləməyə çağırıb

NATO Baş katibi Türkiyəni İsveç və Finlandiyanın alyansa üzvlüyünü təsdiqləməyə çağırıb
# 16 fevral 2023 14:31 (UTC +04:00)

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməsinin vaxtının çatdığını düşünürəm.

APA xəbər verir ki, bunu Türkiyədə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib:

“Türkiyənin də son dərəcə legitim təhlükəsizlik narahatlıqlarının olduğunu bilirəm. Heç bir müttəfiqin də bu ehtiyacları görməzlikdən gəldiyini düşünmürəm. NATO üçün terrorçuluqla mübarizə ən önəmli məsələlərdən biridir”.

Stoltenberq əlavə edib ki, İsveç və Finlandiyanın da alyansa daxil olması NATO-nun terrorçuluğa qarşı mübarizəsini gücləndirəcək.

“Hazırda əsas məsələ İsveç və Finlandiyanın NATO-ya eyni vaxtda üzvlüyü deyil, əsas məsələ onların hər ikisinin ən qısa müddətdə üzv olmasıdır”, - deyə Baş katib əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR