Əgər biz Ukrayna üçün qəbul edilən siyasi həll yolu istəyiriksə, Ukraynaya yardımımızı davam etdirməliyik.
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Madriddə keçirilən 68-ci sessiyası çərçivəsində parlamentarilərin suallarını cavablandırarkən deyib.
“Bəli, biz müzakirələr istəyirik, lakin eyni zamanda, biz azad, suveren və ərazi bütövlüyü təmin olunmuş Ukrayna istəyirik”, - NATO Baş katibi vurğulayıb.
O qeyd edib ki, danışıqlar masasında nəticələrin Ukrayna üçün qəbul edilən olması bu ölkənin döyüş meydanında qazandığı uğurlardan asılı olacaq.