Bank Of Baku

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb
# 03 noyabr 2026 11:53 (UTC +04:00)

Bu il oktyabrın sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 430,4 milyon ABŞ dolları təşkil edib.

“APA-Economics” Mərkəzi Banka istinadən xəbər verir ki, bu, sentyabrın sonu ilə müqayisədə 67 milyon dollar və ya 0,44% çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 3 milyard 915,5 milyon dollar və ya 34% artıb.

Ötən ilin oktyabr ayının sonu ilə müqayisədə isə ehtiyatlar 4 milyard 62,1 milyon dollar və ya 35,73% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR