NATO Rumıniyada döyüşə hazırlıqlı hərbçilərin yerləşdirilməsini nəzərdən keçirir.
APA-nın xəbərinə görə, bu barədə NATO Baş katibi Yens Stoltenberq Britaniya Baş naziri Boris Consonla keçirdiyi mətbuat konfransında deyib.
"Biz indi alyansın cənub-şərqində uzunmüddətli hərbi mövcudluğun imkanlarını araşdırırıq", - o bildirib.
Baş katibin sözlərinə görə, belə hərbi birləşmələr Baltikyanı ölkələrdə və Polşada var, oxşar qrupların Qara dəniz regionunda, Rumıniyada yerləşdirilməsi imkanları araşdırılır.