Bank Of Baku

NATO Soyuq Müharibədən sonrakı ən böyük təlim keçirəcək

NATO Soyuq Müharibədən sonrakı ən böyük təlim keçirəcək
# 16 sentyabr 2023 23:11 (UTC +04:00)

Şimali Atlantika Alyansı 2024-cü ildə Soyuq Müharibədən sonra tarixində ən böyük təlim keçirəcək.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Alyansın hərbi komitəsinin rəhbəri admiral Rob Bauer Osloda keçirilən NATO Baş Qərargah rəislərinin illik konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

2024-cü ildə NATO Soyuq Müharibədən sonrakı ən böyük “Steadfast Defender” təlimini keçirəcək.

Bauerin sözlərinə görə, Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək təlimlərdə 40 mindən çox insan iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR