Bank Of Baku

NATO: Ukrayna yaxın gələcəkdə alyansa qoşulmayacaq

NATO: Ukrayna yaxın gələcəkdə alyansa qoşulmayacaq
# 05 fevral 2022 01:19 (UTC +04:00)

NATO baş katibinin müavini Mirça Coane Ukraynanın yaxın gələcəkdə alyansa qoşulmayacağını bildirib.

APA xəbər verir ki, baş katibin sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması üçün alyansda bu gün mövcud olmayan konsensus olmalıdır.

"Heç kim demir Ukrayna yaxın gələcəkdə NATO-ya daxil olacaq. Ukrayna ölkə daxilində çox islahatlar aparmalıdır",- deyə Coane "France24" telekanalına müsahibəsində deyib.

Coane əlavə edib ki, alyans Kiyevi dəstəkləyir. Lakin bu hərbi əməliyyatlarda iştirak etmək demək deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR