Bank Of Baku

NATO Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin olunmasında iştirak etmək niyyətindədir

NATO Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin olunmasında iştirak etmək niyyətindədir
# 22 avqust 2025 17:42 (UTC +04:00)

NATO Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin olunmasında iştirak etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə hərbi blokun Baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenski ilə mətbuat konfransında danışıb.

“Mən əmin olacam ki, Ukraynaya elə səviyyədə təhlükəsizlik zəmanəti verilib ki, Rusiya bir də ona hücum etməyəcək” Rutte vurğulayıb.

“Kimin Ukraynaya qoşun, kimin kəşfiyyat məlumatı verəcəyi, kimin dənizdə və havada Ukraynaya kömək edəcəyini demək hələlik tezdir. Amma aydındır ki, ABŞ burada iştirak edəcək. Biz Budapeşt Memorandumunun və ya Minsk Razılaşmalarının təkrar olunmasını istəmirik” Rutte qeyd edib.

Xatırladaq ki, 1994-cü ildə imzalanan Budapeşt Memorandumu Ukrayna, Belarus və Qazaxıstanın nüvə silahlarını təhvil verməsi əvəzində təhlükəsizlik zəmanətləri ilə təmin olunmasını nəzərdə tuturdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR