NATO Ukraynaya silah tədarükünün koordinasiyasında daha çox rol oynayacaq

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 14 iyun 2024 17:04 (UTC +04:00)

NATO Ukraynaya silah tədarükünün koordinasiyasında daha çox rol oynayacaq.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra mətbuat konfransında deyib.

"Biz NATO-nun Ukraynaya təhlükəsizlik yardımı və təlimlərə necə rəhbərlik edəcəyini müəyyən edən planı razılaşdırdıq və bu, NATO liderlərinə iyulda Vaşinqton sammitində bu səylərə başlamağa imkan verəcək. Bu səylər NATO-nu münaqişənin tərəfi etmir, lakin bu, Ukraynanın özünümüdafiə hüququnu qorumaq üçün ona dəstəyimizi artıracaq", - Stoltenberq bildirib.

Qeyd edək ki, NATO-nun indi oynadığı rol ABŞ-a məxsus idi. Bu tədbir keçmiş prezident Donald Trampın bu payızda yenidən seçiləcəyi təqdirdə problemlərin qarşısını almaq üçün “təhlükəsizlik mexanizmi” hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR