Bank Of Baku

Niderland MN: Rusiyanın hərbi təyyarələri Polşanın hava məkanına daxil olub

Niderland MN: Rusiyanın hərbi təyyarələri Polşanın hava məkanına daxil olub
# 14 fevral 2023 08:42 (UTC +04:00)

Fevralın 14-nə keçən gecə Hollandiyanın F-35 qırıcıları Polşanın hava məkanında üç Rusiya hərbi təyyarəsindən ibarət qrupun qarşısını alıb və onları müşayiət edib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” Niderlandın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik bildirib ki, təyyarələr Kalininqraddan Polşanın NATO-nun məsuliyyət zonasına yaxınlaşarkən müşahidə edilib. Məlum olub ki, hava məkanına 2 əsəd Su-27 və 1 ədəd İl-20 təyyarəsi daxil olub.

Niderlandlı pilotlar aviadəstəni uzaqdan müşayiət edib və sonra müşayiəti NATO tərəfdaşlarına təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR