Bank Of Baku

Niderland XİN başçısı vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

Vopke Hoekstra, Niderland xarici işlər naziri

© APA | Vopke Hoekstra, Niderland xarici işlər naziri

# 12 fevral 2022 17:30 (UTC +04:00)

Niderland xarici işlər naziri Vopke Hoekstra Ukraynadakı vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Niderland XİN başçısı deyib ki, artıq Ukraynada vəziyyət son günlər daha da pisləşib və təhlükəsizliklə bağlı vəziyyət narahatlıq doğurur.

V. Hoekstra müttəfiqlərlə məsləhətləşmədən sonra bu addımı atmağa qərar verdiyini nəzərə çatdırıb: “Bütün niderlandlıları Ukraynanı tərk etməyə çağırıram. Ukraynadakı Niderland səfirliyinin əməkdaşlarının əksəriyyəti də bu ölkəni tərk edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR