Niderlandın Niv-Beyerland şəhərində İspaniyanın “El Nosa” şirkətinə məxsus yük avtomobilinin törətdiyi yol qəzasında həlak olanların sayı 6 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə Niderlandın NOS televiziyası məlumat yayıb.
Qəza nəticəsində biri ağır olmaqla, 7 nəfər xəsarət alıb.
Polisin məlumatına görə, sürücü qəzadan əvvəl maşını su bəndinin (damba) üzərində saxlayıb, daha sonra naməlum səbəbdən yenidən hərəkətə başlayıb və yoldan çıxaraq insanlara çırpılıb.
Polis yük avtomobilinin sürücüsünü həbs edib.
***
saat 02.30
Niderlandda baş verən qəzada azı 3 nəfər həlak olub.
APA-nın xəbərinə görə, bu barədə Niderlandın NOS televiziyası məlumat yayıb. Qəzanı törədən avtomobil İspaniyanın “El Nosa” şirkətinə məxsus olub. Polis yük avtomobilinin sürücüsünü həbs edib. Hadisədə xəsarət alanların dəqiq sayı bilinmir.
***
00.03
Niderlandın Niv-Beyerland şəhərində yük avtomobilinin törətdiyi yol qəzasında bir neçə nəfər həlak olub.
APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə Niderland polisi Tvitterdə məlumat verib.
Axşam saatlarında naməlum səbəblərdən yoldan çıxaraq istirahət edən insanların üzərinə çıxıb. Hadisə nəticəsində xəsarət almış bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Ölən və yaralananların dəqiq sayı məlum deyil.