Bank Of Baku

Norveç bu il 3200 ukraynalı hərbçiyə təlimlər keçirəcək

Norveç bu il 3200 ukraynalı hərbçiyə təlimlər keçirəcək
# 15 may 2023 11:37 (UTC +04:00)

Norveç Krallığının Silahlı Qüvvələri bu il ərzində Ukrayna ordusunun təxminən 3200 hərbçisinə təlim keçməyi planlaşdırır.

APA Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına istinadən xəbər verir ki, təlimlər həm Norveçdə, həm də digər xaric ölkələrdə keçiriləcək.

Qeyd olunub ki, ötən ayın sonundan etibarən Norveçdə Ukrayna ordusunun 100-dən çox hərbçisi üçün dörd həftəlik intensiv təlimlər başlanıb. Onlar hərbi tibb, odlu silahdan istifadə və komanda rəhbərliyi üzrə təhsil alırlar. Bu, Norveçdə ukraynalılar üçün keçiriləcək bir neçə təlim kurslarından birincisidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR