Norveç Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 7-ci sanksiya paketinə qoşulub.
APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Norveç XİN məlumat yayıb.
Qeyd edək ki, 7-ci sanksiya paketinə Rusiya ilə kommersiya əlaqələrinin minimuma endirilməsi, müxtəlif fiziki və hüquqi şəxslərə məhdudiyyətlərin tətbiqi və Rusiya qızılının alışının qadağan edilməsi daxildir.