Bank Of Baku

Norveç Ukraynaya 242 milyon dollar hərbi yardım ayıracaq

Norveç Ukraynaya 242 milyon dollar hərbi yardım ayıracaq
# 16 dekabr 2024 13:47 (UTC +04:00)

Norveç Ukraynanın Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsinə 242 milyon ABŞ dolları vəsait ayıracaq.

APA-nın “Reuters”ə istinadən məlumatına görə, bu barədə ölkənin Baş naziri Yonas Qar Störe açıqlama verib.

O qeyd edib ki, həmin vəsaitin böyük hissəsi ölkənin Qara dənizdəki hərbi donanmasının maddi-texniki təminatına, idxal-ixrac əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsinə, eləcə də sözügedən akvatoriyadan yönələn təhlükənin qarşısını almağa sərf olunacaq.

Eyni zamanda rəsmi Oslo Ukraynaya minatəmizləmə əməliyyatları, habelə ordunun şəxsi heyətinin hərbi hazırlığında da dəstək olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR