Norveçin şimalında içərisində 55 sərnişinin olduğu qatarın relsdən çıxması nəticəsində bir nəfər ölüb.
APA “The Local Norway” ə istinadən xəbər verir ki, Norveçin mərkəzindəki Trondheim şəhərindən şimalda Bodo şəhərinə gedən qatar sürüşmə nəticəsində relsdən çıxıb.
Dörd nəfərin yaralandığı vurğulanıb.
***
24 oktyabr, 18:19
Norveçin şimalında içərisində 70-ə yaxın sərnişinin olduğu qatar relsdən çıxıb, xəsarət alanlar var.
APA “The Local Norway”ə istinadən xəbər verir ki, Norveçin mərkəzindəki Trondheim şəhərindən şimalda Bodo şəhərinə gedən qatar sürüşmə nəticəsində relsdən çıxıb.
Hadisə yerinə polis və təcili tibbi yardım xidmətləri cəlb edilib.