Bank Of Baku

NYT: “Delta” sistemi Ukraynaya döyüş meydanında hədəfi 3 dəqiqəyə vurmağa imkan verir

NYT: “Delta” sistemi Ukraynaya döyüş meydanında hədəfi 3 dəqiqəyə vurmağa imkan verir
# 27 avqust 2026 06:35 (UTC +04:00)

Ukrayna hərbçiləri döyüş meydanının vahid rəqəmsal görüntüsünü formalaşdıran “Delta” sistemindən istifadə edir. ABŞ hərbçiləri bu sistemi Ukraynanın ən güclü silahlarından biri hesab edir.

Bu barədə The New York Times məlumat yayıb.

Məlumata görə, sistem müxtəlif mənbələrdən məlumatları toplayır, hədəfləri müəyyənləşdirməyə və müxtəlif bölmələrin fəaliyyətini əlaqələndirməyə imkan verir.

Sistem məlumat axınlarını birləşdirir və hədəfləri mümkün qədər tez məhv edilməsi üçün müvafiq bölmələr arasında bölüşdürür. Nəşr qeyd edir ki, döyüş meydanında üstünlüyün əldə olunmasında sürət mühüm rol oynayır.

Məlumata görə, hədəfin vurulmasına sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalıb. “Xartiya” bölmələrindən birinin komandiri bildirib ki, əvvəllər düşmənin mövqeləri barədə məlumatın bölməyə çatmasından ilk artilleriya atəşinə qədər ən azı 20 dəqiqə vaxt keçirdi. Hazırda isə bu proses 3-5 dəqiqə çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR