Bank Of Baku

Orban: Aİ Rusiyanın dondurulmuş aktivləri məsələsini gündəmdən çıxarıb

Orban: Aİ Rusiyanın dondurulmuş aktivləri məsələsini gündəmdən çıxarıb
# 17 dekabr 2025 20:39 (UTC +04:00)

“Qərbdə dondurulmuş Rusiyanın maliyyə aktivlərinin müsadirə edilməsi Brüsseldə keçiriləcək Avropa İttifaqı (AB) sammitində müzakirə olunmayacaq”.

APA xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban jurnalistlərə verdiyi açıqlaması zamanı deyib.

"Macarıstan Aİ sammitindən əvvəl danışıqlarda qalib gəlib. Avropa Komissiyasının prezidenti (Ursula fon der Leyen) dondurulmuş Rusiya aktivləri məsələsinin gündəmdə olmayacağını açıqladı", - deyə Orban bildirib.

O, Macarıstanın və bir sıra digər ölkələrin Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxdığını və bunun Aİ liderlərini məsələni gündəmdən çıxarmağa məcbur etdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR