Macarıstanın baş naziri Viktor Orban etirazını 1956-cı il antisovet üsyanı ilə müqayisə edərək Avropa İttifaqının icraçı nümayəndəsinin onun hökumətini devirməyə və Budapeştə kukla administrasiya tətbiq etməyə çalışdığını deyib.
APA xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Orban Qızıl Ordu tərəfindən darmadağın edilən Sovet hakimiyyətinə qarşı üsyanın ildönümündə tərəfdarları qarşısında çıxış edib.
Aİ liderləri ilə arasında dəfələrlə fikir ayrılığı yaşanan Macarıstanın baş naziri, ən son bu ayın əvvəlində Avropa Parlamentində onun Ukraynadakı müharibə və miqrasiya ilə bağlı suveren siyasətinin Brüssel üçün qəbuledilməz olduğunu deyib.
"Biz bilirik ki, onlar bizi (Ukraynada) müharibəyə sürükləmək istəyirlər, bizə qaçqınları zorla qəbul etdirmək istəyir, uşaqlarımızı gender fəallarına təhvil vermək istəyirlər. Biz bilirik ki, onların fikrində bir oyuncaq hökumət, bizə tətbiq etmək istədikləri bir partiya var", - deyə Orban bildirib.