Macarıstan Baş nazir Viktor Orban İsveç Baş naziri Ukf Kristerssonu NATO-ya üzvlüklə bağlı danışıqlar üçün ölkəsinə dəvət edib.
APA xəbər verir ki, bu barədə Baş nazir Orban "X" hesabında paylaşım edib.
"Bu gün İsveç Baş naziri Ulf Kristerssona ölkəsinin NATO-ya daxil olmasına dair müzakirə etmək üçün Macarıstana səfərlə bağlı dəvət məktubu göndərdim", - o paylaşımında qeyd edib.