Bank Of Baku

Orban NATO-nun Vaşinqton sammitindən sonra Ukraynadakı müharibəyə müdaxiləni istisna etməyib

Macarıstan Baş naziri Viktor Orban

© APA | Macarıstan Baş naziri Viktor Orban

# 12 iyun 2024 13:38 (UTC +04:00)

Ukrayna-Rusiya müharibəsində mövqeyimiz bəllidir, biz uşaq deyilik. Bu, təbii ki, mürəkkəb siyasi məsələdir. Bu, elə bir vəziyyətdir ki, ona müvafiq cavab tapmaq çətindir.

APA xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Ukrayna-Rusiya müharibəsinin yaratdığı bu çətin situasiya hələ sona çatmayıb: “NATO sammiti başa çatdıqdan sonra çətin məqamlar meydana çıxa bilər, elə bir hal yarana bilər və qərarlar verilə bilər ki, bu müharibəyə müdaxiləni tələb etsin”.

Baş nazir Orban vurğulayıb ki, bütün bunları nəzərə alaraq, o, Baş katiblə razılığa gəlib ki, istənilən əməliyyatlarda iştirak könüllü olsun: “Bu gün bizə zəmanət verildi ki, Ukrayna Rusiya müharibəsi kontekstində istənilən əməliyyatlarda Macarıstan heyəti iştirak etməməlidir, Macarıstan maliyyəsi istifadə olunmamalıdır və bu müharibəyə müdaxilə üçün Macarıstan ərazisindən istifadə edilməməlidir. Bu müzakirə çox çətin, ancaq konstruktiv oldu və mən Baş katibə bunun üçün təşəkkür edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR