Ötən il 31 Azərbaycan vətəndaşı Gürcüstanda sürücülük vəsiqəsi əldə edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, 2023-cü ildə Gürcüstanda 99 Rusiya vətəndaşı, 40 Hindistan, 18 Ukrayna vətəndaşı sürücülük vəsiqəsi alıb. Belarus və Türkiyə vətəndaşları da Gürcüstanda sürücülük vəsiqəsi əldə edən əcnəbilər sırasındadır.
Məlumata görə, ötən il Gürcüstanda ümumilikdə 27 277 nəfərə sürücülük vəsiqəsi verilib.