Bank Of Baku

Papuaşvili: Brüssel Gürcüstanla dialoqdan çəkinir

Papuaşvili: Brüssel Gürcüstanla dialoqdan çəkinir
# 19 noyabr 2025 12:12 (UTC +04:00)

Brüssel Gürcüstanla dialoqdan çəkinir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Avropa həqiqətə hörmət və tənqidə açıqlıq olmadan mövcud ola bilməz.

“Brüsselin dialoqdan yayınması təəccüblü deyil. Səbəb sadədir: mövqeyinizi yalan narrativlər və dezinformasiya əsasında qurursunuzsa, arqumentləşdirilmiş ilk danışıqdaca bu saxta konstruskiya bir doğru sözün toxunuşundan çökəcək”, - spiker yazıb.

Qeyd edək ki, Avropa İttifaqı Gürcüstanla noyabrın 21-də Brüsseldə keçirilməsi planlaşdırılan insan haqları üzrə dialoqu təxirə salıb. Rəsmi Tbilisi Aİ-nin qərarını tənqid edib və Brüsselin Gürcüstan tərəfinin əsaslandırılmış mövqeyini dinləməyə hazır olmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR