Paris küçələrində Fələstinə dəstək nümayişinə 16 mindən çox insan toplaşıb.
APA-nın məlumatına görə, bu barədə BFM TV şəhər hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən məlumat verir.
“Bu şənbə günü Parisdə 16,200 nəfər Qəzza zolağında atəşkəs tələb etmək üçün toplaşıb”, Paris polisinin qərargahı bildirib.
Telekanalın məlumatına görə, aksiya “Qəzza zolağında qırğına son qoyulsun! Fransa dərhal atəşkəs tələb etməlidir”.
Materialda nümayişçilərin böyük əksəriyyətinin sol və ultra sol partiya və təşkilatların üzvləri olduğu göstərilir. Onlar çoxlu sayda özləri ilə gətirdikləri Fələstin bayraqlarını dalğalandırıblar.