Parisdə Ukraynaya hərbçilərin göndərilməsinə qarşı etiraz aksiyası keçirilib

Parisdə Ukraynaya hərbçilərin göndərilməsinə qarşı etiraz aksiyası keçirilib
# 03 mart 2024 08:15 (UTC +04:00)

Parisdə Ukraynaya mümkün hərbi personalın göndərilməsinə qarşı aksiya keçirilib.

APA xəbər verir ki, etirazçılar Florian Filipponun Patriotlar partiyasının çağırışı ilə toplaşıblar.

Etirazçılar “Makron istefa ver!”, “Fransızlar Ukrayna üçün ölməyəcək!”, “Makron getsin, özü döyüşsün” şüarları səsləndirib.

Onların fikrincə, ölkə hakimiyyəti Fransa Konstitusiyasının 35-ci maddəsini pozur.

Etirazçılar həmçinin Fransanı NATO-dan çıxmağa çağırıblar.

Fəallar etiraz əlaməti olaraq Fransa, NATO və Avropa İttifaqının bayraqlarını cırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR