Kiyev Pentaqonun Ukrayna Silahlı Qüvvələrinin vəd edilmiş silahların 98%-dən çoxunu Qərbdən aldığına dair qiymətləndirməsinə şübhə ilə yanaşır.
APA-nın məlumatına görə, bu barədə Rada telekanalına Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfinin təchizatı “heç vaxt kifayət etməyəcək”.
Bundan əvvəl NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin komandanı, general Kristofer Kavoli ABŞ Konqresində keçirilən dinləmələrdə Ukrayna Silahlı Qüvvələrinin hücum üçün vəd edilmiş ağır texnikanın demək olar ki, hamısının alındığını bildirib.
Podolyak Kristofer Kavolinin sözlərini şərh edib: "Daha çox avadanlıq olmalıdır, həqiqətən də mərmi çatışmazlığı var".