Ukrayna prezidenti aparat rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın Polşa ilə mövcud taxıl ziddiyyətlərini müqayisə edərək, Avropa İttifaqı daxilində ticarət münaqişələrinə hazır olduğunu bildirib.
APA-nın məlumatına görə, bu barədə Podolyak Ukrayna mətbuatına müsahibəsində bildirib.
“Belə məqamların yaranmasına sakit yanaşardım. Onlar təkcə Polşa ilə deyil, öz milli istehsalçısını qorumağa çalışacaq istənilən ölkə ilə yaranacaq", - Podolyak iddia edib.
Zelenskinin ofisinin rəhbərinin müşaviri əlavə edib ki, Ukrayna danışıqlar prosesi zamanı bu cür münaqişələri həll etməli olacaq və bunu “normal” adlandırıb.