Polşa Amerika Birləşmiş Ştatlarından 486 ədəd HIMARS reaktiv yaylım atəşi sistemləri alır. Hökumət artıq müvafiq sazişi təsdiqləyib.
APA-nın RMF 24-ə istinadən verdiyi məlumata görə, bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.
Onun sözlərinə görə, ABŞ sözügedən silahın tədarükünə 2025-ci ilin sonunda başlayacaq.