Bank Of Baku

Polşa Belarus sərhədi yaxınlığında yeni tank taboru yaradır

Polşa Belarus sərhədi yaxınlığında yeni tank taboru yaradır
# 13 noyabr 2023 05:46 (UTC +04:00)

Polşanın şərqində Rusiya və Belarusun yaratdığı təhlükələrə qarşı yeni tank taboru formalaşdırılır.

APA xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak bildirib.

Blaşçak vurğulayıb ki, Polşa ordusu 2015-ci ildən öz potensialını artırır. “Çartayevdə (Brest yaxınlığında sərhəddən uzaqda yerləşən qəsəbə - red.) 1-ci Piyada Diviziyasının bir hissəsi olacaq yeni tank taboru formalaşdırılacaq”, - o deyib.

Nazir bildirib ki, əvvəllər şərq rayonlarında hərbi hissələr ləğv edilirdisə, indi Varşava öz hərbi potensialını artırır.

Sentyabrda Polşa Müdafiə Nazirliyi Belarusu Polşa sərhədinə hücumda ittiham edib. Belarusun Dövlət Sərhəd Komitəsi isə Polşaya məxsus Mi-24 helikopterinin ölkənin hava ərazisini pozmasının videosunu dərc etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR