Bank Of Baku

Polşa Bolqarıstan qırıcılarının mühərriklərini təmir edəcək

Polşa Bolqarıstan qırıcılarının mühərriklərini təmir edəcək
# 11 avqust 2023 20:18 (UTC +04:00)

Varşava və Sofiya Bolqarıstanın MiQ-29 qırıcılarının altı mühərrikinin təmiri ilə bağlı müqavilə imzalayıb.

APA xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“MiQ-29 təyyarələrinin uçuşa hazırlığını təmin etmək məqsədilə Müdafiə Nazirliyi RD-33 mühərriklərinin əsaslı təmirini Polşa dövlət şirkətinə həvalə edib” -məlumatda deyilir.

Təmirin dəyəri vergi nəzərə alınmadan 4,776 milyon avro təşkil edir və 9 aya başa çatmalıdır.

Mütəxəssislərin fikrincə, hazırda xidmətdə olan MiQ-29 təyyarələrindən istifadə resursu 2023-cü ilin sonuna kimi tükənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR