Bank Of Baku

Polşa NATO-nun ərazisindəki qüvvələrinin daimi əsasda qalmasını istəyir

Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski

© APA | Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski

# 21 fevral 2023 12:08 (UTC +04:00)

ABŞ Prezidenti Co Baydenin Ukraynaya və Polşaya səfəri bu ölkələrə güclü dəstək siqnalıdır.

APA xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski "Polskiego Radia 1"ə müsahibəsində deyib.

"Bəzi insanların ABŞ-ın Ukraynaya dəstəyini geri götürmək istəməsi və ya bu yardımı bir qədər zəiflətməyi nəzərdən keçirməsi ilə bağlı şübhələrini aradan qaldırmaq baxımından səfər çox vacibdir. ABŞ Prezidenti bəyanatları, lakin hər şeydən əvvəl hücuma məruz qalan ölkənin paytaxtına səfəri ilə təsdiqləyib ki, strategiyada heç bir dəyişiklikdən söhbət gedə bilməz", Yablonski bildirib.

Polşalı nazir müavini Baydenin onun ölkəsinə də səfərin çox vacib olduğunu, güclü mesaj verdiyini vurğulayıb.

Polşanın Ukraynaya ağır texnika və tanklar təhvil verən ilk ölkələrdən olduğunu xatırladan nazir müavini bu səfərin həm də təşəkkür jesti olduğunu qeyd edib: "Düşünürəm ki, bu gün bu səfər ilk növbədə, bir dəstək jesti, təşəkkür jesti olacaq, həm də ABŞ-ın artıq Polşada olduğunu və burada mövcudluğunun daimi olacağını, daha da artacağı mesajını verəcək", - Yablonski deyib.


Diplomat Polşadakı Amerika qoşunlarının sayının artırılması ilə bağlı gözləntilərini də bölüşüb: "Biz indi sayın özündən deyil, həm də bu mövcudluğun mahiyyətindən danışırıq. Bu gün biz Polşada tarixində ən çox NATO əsgərinə sahibik. Bu, sərhədimizdən kənarda olan müharibə vəziyyəti ilə bağlıdır", - Yablonski vurğulayıb.

Polşa XİN başçısının müavini ordu sayının artırılması ilə yanaşı, diplomatik işin davam etdiriləcəyini qeyd edib.

"Strateji məqsədimiz bu mövcudluğu (NATO-nun Polşadakı mövcudluğu -red.) daimi mövcudluğa çevirməkdir. Bu, hələ baş verməyib, bu istiqamətdə diplomatik iş hələ də davam edir. Bu gün bu barədə də mütləq danışıqlar olacaq", - oi deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR