Fevralın 3-də Polşa prezidenti Anjey Duda və respublikanın müdafiə naziri Mariuş Blaşak Sventosov kəndi yaxınlığında yerləşən və alman “Leopard” tanklarını idarə etmək üçün Ukrayna hərbçilərinin təlim keçdiyi hərbi poliqona baş çəkiblər.
APA-nın xəbərinə görə, bu barədə Polşa hökumətinin saytında məlumat verilib.
Duda və Blaşak Ukrayna Silahlı Qüvvələrinin təlimatçıları və hərbçiləri ilə görüşüblər. Görüş zamanı Polşa prezidenti xatırladıb ki, Kiyevin xahişi ilə o, “Ukraynanın döyüş meydanında Rusiyaya müqavimət göstərə bilməsi üçün” özünün “Leopard 2A4” tanklarından ibarət bir rotanı münaqişə zonasına göndərmək qərarına gəlib.