Polşa Qrenlandiyaya əsgər göndərməyəcək.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.
O qeyd edib ki, bir NATO ölkəsinin başqa bir NATO ölkəsinə hücumu fəlakətlə nəticələnəcək: “Bu, kommunist terroru, eləcə də digər şər qüvvələri bizdən uzaq saxlayan və NATO həmrəyliyinə əsaslanan dünyanın sonu olardı”.
Polşanın Baş naziri Avropanın Qrenlandiya məsələsində yekdil olması üçün əlindən gələn hər şeyi edəcəyini vurğulayıb.
Qeyd edək ki, Fransa və Böyük Britaniya hərbi qüvvələri ABŞ-ın təhdidləri fonunda Danimarka ilə hərbi təlimlərdə iştirak etmək üçün Qrenlandiyaya göndərilib.